Güclü qasırğa Bərdə və Tərtər rayonlarında fəsadlar törədib

img

07-03-2010 [06:09]


Bu gün günorta, təqribən saat 12 radələrindən başlayan güclü külək Bərdə və Tərtər rayonlarında ciddi fəsadlar törədib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, rayonların elektrik təsərrüfatı iflic vəziyyətə düşüb. Güclü qasırğa bölgənin bütün rayonlarını cənginə alıb. Hazırda Tərtər rayonunda küləyin sürəti saniyədə 20-30 metrə çatır. Tərtər rayonu ərazisində 20 elektrik dirəyi aşıb, on kilometrlərlə naqil qırılıb. Güclü külək altı iri gövdəli ağacı kökündən çıxarıb. Evlərin və inzibati binaların dam örtüyünə ziyan dəyib. Hazırda rayona elektrik verilişi dayandırılıb. Bərdə rayonunun isə təqribən 40 faizinin elktrik təchizatında problemlər yaranıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA