Akademik Cəlal Əliyev vəfat etdi - O, Fəxri Xiyabanda qardaşının yanında dəfn olundu - Yenilənib

img

01-02-2016 [11:15]


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin üzvü, AMEA-nın həqiqi üzvü, biologiya elmləri doktoru Cəlal Əliyev l Fəxri xiyabanda qardaşı, akademik Aqil Əliyevin yanında dəfn olunub.

Dəfn mərasimində Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, baş nazirin müavini İsmət Abbasov, daxili işlər naziri Ramil Usubov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, SOCAR prezidenti Rövnəq Abdullayev, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, deputatlar, ziyalılar, mərhumun ailə üzvləri iştirak edib.

***

Akademik Cəlal Əliyevlə vida mərasimi başlayıb.

Akademikin cənazəsi vida mərasiminin keçiriləcəyi AMEA-nın əsas binasının "Dairəvi zalı"na gətirlib.

Akademik C. Əliyev uzun sürən xəstəlikdən sonra 88 yaşında vəfat edib. O, I Fəxri xiyabanda dəfn olunacaq.

celal02.jpgcelal03.jpg


****

Prezident İlham Əliyevin əmisi, Akademik Cəlal Əliyev vəfat edib.

Akademik uzun sürən xəstəlikdən sonra fevralın 1-də saat 03.00 radələrində 88 yaşında dünyasını dəyişib.

Xatırladaq ki, Cəlal Əliyev 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Müəllimlər İnstitutunun təbiət-coğrafiya fakültəsini və Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib. Biologiya elmləri doktoru, professordur. Əməkdar elm xadimidir. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının həqiqi üzvü, Ukrayna Aqrar Elmlər Akademiyasının və Belarus Kənd Təsərrüfatı Elmləri Akademiyasının xarici üzvüdür. Onlarca monoqrafiyanın, kitabın və elmi məqalənin müəllifidir.

1948-ci ildən Azərbaycan Dövlət Universitetinin bitki fiziologiyası kafedrasında laborant işləmişdir. 1954-cü ildən Azərbaycan EA-nın Elmi Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb. 1971–1990-cı illərdə Azərbaycan EA-nın Botanika İnstitutunda fotosintezin fiziologiyası yaradıcı qrupunun rəhbəri, laboratoriya müdiri, şöbə müdiri, Azərbaycan EA-nın Biologiya elmləri bölməsinin akademik-katibi olub.

Hazırda Azərbaycan MEA-nın Rəyasət Heyətinin üzvüdür.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olub.

Azərbaycan uzun illər Milli Məclisin deputatı olub.

"İstiqlal" ordeni ilə təltif edilib.

Akademiklə bu gün saat 14-dən etibarən AMEA-nın əsas binasında vida mərasimi keçiriləcək. O, Fəxri xiyabanda dəfn olunacaq.

Allah rəhmət eləsin!



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA