Azərbaycan bankları kreditlə maşın alanları necə aldadıb? - Ekspert

img

31-01-2016 [23:15]


BBC radiosunun Azərbaycan xidmətinə müsahibəsində hüquqşünas, vəkil, uzun illər Azərbaycanın bank sektorunda rəhbər mövqelərdə çalışmış Əkrəm Həsənov dinləyicinin xarici valyuta ilə avtokreditlərlə bağlı sualına maraqlı açıqlama verib.

Sualı və ekspertin ona cavabını olduğu kimi diqqətinizə çatdırırıq:

- Banklardan birində dollarla avto-kredit götürmüşəm, aya 450 dollar düşür. Bu, 2013-cü ildə 350 manat edirdi, indi isə 700 manatdan çoxdur. Əmək haqqım isə əvvəl də 500 manat idi, indi də. Mən necə edə bilərəm?

- Əslində, bank sizi aldadıb. Avtokredit yalnız manatla ola bilər. Çünki avtomobilin ölkə ərazisində dollarla alınması qanunsuzdur və mümkün deyil. Bankı məhkəməyə verib müqaviləni etibarsız hesab etdirə və borcu köhnə məzənnə ilə manatla ödəyə bilərsiz.

Virtualorg.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA