31-01-2016 [14:01]
Fevralın 1-də Rusiyanın ilk prezidenti Boris Yeltsinin 85 yaşı tamam olacaq.
Rusiyanın təhlükəsizlik sahəsində təhlil jurnalı olan "Qlobalaffaris” ("Rusiya beynəlxaq siyasətdə”) Rusiyanın keçmiş prezidenti Boris Yeltsinlə ABŞ prezidenti Bill Klinton arasında 90-cı illərin ikinci yarısında aparılmış qapalı yazışmaların bəzilərini dərc edib.
İki ölkə rəhbərinin bir-birilərinə yazdıqları məktublarda dünyadakı problemlər və münaqişələrlə bağlı məsələlər müzakirə edilib.
Maraqlıdıdr ki, Rusiya və ABŞ prezidentlərinin indi açıqlanan qapalı yazışmalarında Qarabağ problemiylə bağlı da ilginc məqamlar var.
Bu yazışmalardan birində - 12 iyul 1997-ci ildə Klintona yazdığı məktubda Yeltsin Cənubi Qafqazdakı mövcud münaqişələri "aktual beynəlxalq problem” adlandırır.
"Əziz Bill” müraciəti ilə başlanan bu yazışmada Yeltsin qeyd edir ki, Cənubi Qafqaz regionu Moskva üçün mühüm əhəmiyyət kəsb edir: "Tarix elə gətirib ki, Zaqafqaziya bizim maraqlar üçün mühüm region olub. Rus siyasətinin bu regiona yönəlik əsas işi özünün cənub sərhədlərində sabitliyin təmin edilməsidir. Orada bizə dost olan Azərbaycan, Ermənistan və Gürcüstanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı birgə səylərin aparılması mühüm olan məsələdir”.
Qapalı yazışmada Cənubi Qafqazı postsovet məkanında "barıt çəlləyi” adlandıran Yeltsin, daha sonra Klintona yazır ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi bölgədə yeni müstəqil dövlətlərin inkişafına mane olur və bütövlükdə Qafqazda vəziyyəti pisləşdirir: "Sən özün də başa düşürsən ki, vəziyyətin belə davam etməsi Rusiya üçün xüsusilə ağrılıdır. Biz BMT və ATƏT-in, həmçinin digər maraqlı olan dövlətlərin köməyi ilə münaqişəni müsbət istiqamətə yönəldə bilmişik: atəşkəs rejiminə riayət edilir, müvafiq danışıqlar prosesi aparılır. Amma hazırkı "nə sülh, nə müharibə” vəziyyəti yeni təhlükələr yaradır”.
Daha sonra mərhum prezident Heydər Əliyevlə danışıqları barədə Klintona məlumat verən Yeltsin qeyd edir ki, Azərbaycan prezidenti ilə danışıqlar asan keçməyib: "Amma sonda Əliyevlə aramızda anlaşa bildik. Biz Heydər Əliyevi inandıra bildik ki, münaqişənin həll olunması üçün daha çevik və konstruktiv yanaşma vacibdir. Mən artıq XİN-ə münaqişə tərəfləri ilə bağlı aparılan işi intensivləşdirmək barədə göstəriş vermişəm”.
Bununla da Rusiyanın həlledici söz sahibi olmasına eyham vuran Yeltsin dərhal Klintonun ürəyini almaq üçün diplomatik ifadələrə keçir:
"Əziz Bill, mən istəməzdim ki, sözlərim Rusiyanın Qarabağ məsələsində ayrıca xətt yürütməsi kimi başa düşülsün. Biz danışdığımız kimi, gələcəkdə də Rusiya ABŞ və Fransanın iştirak etdiyi formatda hərəkət edəcəyik. Bu xətdən çəkilməyi düşünmürük”.
Daha sonra Yeltsin münaqişə tərəflərinə güclü təzyiqlər göstərilməsinə tərəfdar olduğunu yazır. "Vacib olan odur ki, münaqişə tərəfləri boyunlarının ardında bu üç böyük dövlətin nəfəsini daim hiss etsinlər. Azərbaycan və Ermənistan anlasınlar ki, üç dövlət tərəfindən danışıqlar stoluna qoyulmuş sülhə və razılığa aparan rasional və qeyri-standart təkliflərdən başqa, onların digər yolu yoxdur.
Ümid edirəm ki, biz yuxarıda qeyd etdiyim məsələlər barədə bir-birimizi anlaya bilərik. Biz öz tərəfimizdən ABŞ-la birgə Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün birgə işləməyə hazırıq".
B.Yeltsinin məktubu təsdiqləyir ki, böyük dövlətlərin Qarabağla bağlı danışıqlarında onların öz sərhədlərinin təhlükəsizliyi və birgə maraq dairələrinin bölüşdürülməsi daha vacib amil kimi öndə tutulub...
Strateq.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi