Bakının məşhur ticarət mərkəzində - Yanğın

img

30-01-2016 [23:59]


Bu gün 18:00 radələrində Bakının Xətai rayonunda "Amay” ticarət mərkəzində yanğın baş verib.

Mia.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın binanın dördüncü mərtəbəsində vətəndaşa məxsus ofisdə qeydə alınıb.

Nəticədə ümumi sahəsi 40 kv.m olan ofisin dəhlizində taxta üzlük 8 kv.m sahədə və üzlüyün altından keçən elektrik kabeli 15 p.m yanıb.

Qalan hissələr yanğından mühafizə olunub. Yanğın saat 18:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA