30-01-2016 [22:58]
Deputat Rafael Cəbrayılov haqqında dərc olunan məlumatlara aydınlıq gətirmək məqsədi ilə mətbuata geniş müsahibə verib.
Mia.az xeberal.az-a istinadən həmin müsahibəni qısa ixtisarla oxuculara təqdim edir:
- Rafael müəllim, həmin yazılarda keçmiş MTN şefi Eldar Mahmudovla əlaqələrinizin olmasından və hətta şəxsi avtomobilinizə məxsus 009 nömrəsinin də onun tərəfindən hədiyyə verilməsi bildirilir.
- Bu cəvəngiyyatdır. Mənim Eldar Mahmudovla heç bir əlaqəm olmayıb. Vaxtilə keçmiş nazir Fərhad Əliyev həbs olunduqdan sonra bəzi şəxslərin onun adamı olduğunu iddia etdikləri kimi, indi də Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılmasını fürsət bilən bəzi "jurnalistlərin” təxəyyülünün məhsuludur.Eldar Mahmudov və MTN işi ilə əlaqədar Cənab Prezidentin nəzrəti altında yoxlamalar aparılır və həmin yoxlamalrın nəticələri haqqında da ictimaiyyətə məlumat verilir. Mən məsləhət bilərdim ki, həmin saytlar rəsmi məlumatlara istinad etsinlər.
O ki qaldı avtomobilimə məxsus 009 nömrəsinə, bu nömrə 2008-ci ildə alınıb. Həmin nömrə Binəqədi rayonundan II Ivə IV çağırış Milli Məclisə deputat seçildiyim Seçki dairəsininin və deputat mandatımın nömrəsidir. Bunun Eldar Mahmudovla nə əlaqəsi var? Onda belə çıxır ki, bütün 009 avtomobil dövlət nömrələrini hamıya Eldar Mahmudov hədiyyə edib ?
- Yazılardan görünür ki, sizin sürücünüz Vüqar 2012-cü ildə Məlahət və Osman adlı şəxslərə qarşı dələduzluq etmişdir. Buna münasibət bildirməyinizi xahiş edirəm.
- Vüqar adlı şəxs mənim sürücüm olmamışdır. Uzun illərdir ki, sürücüm kiçik bacımın həyat yoldaşı Talıbov Aqil Mirqasım oğludur. Vüqar adlı şəxs qardaşım Elşən Cəbrayılovun rəhbərlik etdiyi tikinti şirkətində icarə əsasında mağaza işlətmişdir. Mağazaya satış üçün gətirdiyi malların pulunu ödəmədiyindən və digər dələduzluq hərəkətlərinə görə 2014-cü ilin yayından qovulmuşdur. Onun barəsində Nəsimi RPİ-də ARCM-nin 178-ci "dələduzluq” maddəsi ilə cinayət işi istintaq olunur. Hal-hazırda Vüqar axtarışdadır. Onun dələduzluq etdiyi çoxsaylı insanlar içərisində zərərçəkmiş qismində mənim öz qardaşım da var. Əgər Vüqar Məlahət və Osman adlı şəxslərə qarşı həqiqətən dələduzluq etmişdirsə, onların üztututacaqları ünvan saytlar deyil, hüquq mühafizə orqanları və konkret olaraq Vüqar haqqında cinayət işi istintaq edildiyi Nəsimi RPİ-dir. Mənim üçün də maraqlıdır ki, 2012-ci ildə edilmiş dələduzluq faktı barədə bu insanlar indi niyə məsələ qaldırırlar və hər yazıda da müxtəlif məbləğlər iddia edirlər. Görünür axtarışda olan bir insana qarşı iddiası olmaqdansa deputatı şantaj etmək onlar üçün daha "məqsədəuyğundur”. Mənim Məlahət və Osman adlı şəxslərlə heçbir tanışlığım yoxdur.
-Rafael müəllim, qardaşınız Elşən Cəbrayılovun 1 mənzili 2 adama satması haqqında da bəzi fikirlər səsləndirilmişdir. Bu barədə nə deyə bilərsiniz?
-Bu mümkün deyil. Qardaşım uzun illərdir ki, tikinti işi ilə məşğuldur. İndiyə qədər heç vaxt belə bir iddiada olan şəxs olmamışdır. Əgər mənzil alqı-satqısıilə bağlı həmin şəxsin qardaşıma qarşı iddiası varsa, bunu onunla görüşüb aydınlaşdırmaq və ya məhkəməyə müraciət etmək olardı. Axı Məlahət xanım dediyi kimi hüquqşünasdır. Bunları daha yaxşı bilməlidir ki, Azərbaycan Respublikası hüquqi dövlətdir və mübahisələrin həll olunması yeri də məhkəmədir.
-Rafael müəllim yekun fikirlərinizi bilmək istərdik.
- Mən çox təəssüf edirəm ki, xəbər saytlarında mənim barəmdə jurnalist araşdırması aparmadan, qərəzli, reallığa uyğun olmayan, sifarişli yazılar gedir. Bu Azərbaycandakı demokratik mühittən sui-istifadədən başqa bir şey deyil. Belə çıxır ki, saytda hər kəs öz təxəyyülünün məhsulu olan absurd və qondarma yazılarla hər kəsi şantaj edə bilərlər. KİV haqqında qanuna görə mənbəyi olmayan faktların dərci yolverilməzdir. Mən əvvəlcə bu yazılara əhəmiyyət vermədən susmağa üstünlük verdim, amma görürəm ki, mənim susmağım bu insanların təxəyyülünü daha da artırır. Həmin saytlar unutmasınlar ki, onlar artıq mənim şərəf və layaqətimi təhqir etməyə çalışırlar və bunula bağlı lazım olarsa məhkəməyə də müraciət edəcəyəm.
Mən sizə təşəkkür edirəm ki, bu məsələni araşdırırsınız və mənim də mövqeyimi dərc etmək qərarına gəlmisiniz. Amma bir daha təəssüf edirəm ki, heç bir jurnalist, jurnalist araşdırması aparmadan birtərəfli, qərəzli məlumatlar dərc etməklə məşğul olmuşdular.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi