Gənc yazar QHT təsis etdi

img

30-01-2016 [12:53]


Bu gün yeni Qeyri Hökümət Təşkilatı təsis edilib. "Çağdaş Gənclik” İctimai Birliyi adlanacaq yeni təşkilata gənc yazar Seymur Süleymanovrəhbərlik edəcək. 

Bu barədə məlumatı Seymur Süleymanovun özü verib. Təsisçinin sözlərinə görə, ”Çağdaş Gənclik” İctimai Birliyinin fəaliyyətinin məqsədi gənclərin dövlətə,vətənə,xalqa,torpağa, sədaqətini artırmaq, milli mənlik şüurunu inkşaf etdirmək, milli qürur hisslərini daha da gücləndirmək, dövlətin gənclər siyasəti prosesində fəal iştrakını, orduda xidmətə marağını və həvəsini artırmaq, Azərbaycan tarixinin öyrənilməsində dəstək verməkdən ibarət olacaq: "Biz eyni zamanda, Azərbaycan haqqında dünya ictimaiyyətində müsbət imicin formalaşmasına yardım göstərməyə çalışacayıq”.Seymur Süleymanov bildirdi ki, "Çağdaş Gənclik ” İctimai Birliyi dövlət qeydiyyatına alınması üçün yaxın vaxtlarda Ədliyyə Nazirliyinə müraciət edəcəkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA