Bakı sakini evinin tavanından özünü asıb

img

06-03-2010 [01:57]


Martın 5-də axşam saatlarında Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması haqqında məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə 18 mərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açıb və mənzilə daxil olublar. Mənzilə baxış keçirilərkən 1966-cı il təvəllüdlü Məhəmməd Ərəstun oğlu Əliyev tavandan asılmış vəziyyətdə aşkarlanıb. Xilasedicilər M.Əliyevin cəsədini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 23:20-də başa çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA