FHN əhalini maarifləndirmək üçün ?yanğın təhlükəsizliyi günləri? keçirir

img

06-03-2010 [11:59]


Fövqəladə Hallar Nazirliyi (FHN) gənclər, o cümlədən məktəbli və tələbələr arasında yanğına qarşı təbliğat xarakterli tədbirlər keçirir. FHN-nin mətbuat xidmətindən verilən məlumata görə, məqsəd ?Yanğın təhlükəsizliyi haqqında? Azərbaycan Respublikasının Qanununa əsasən əhalinin yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi üçün müəyyən olunmuş vəzifələrin səmərəsini artırmaq, gənclərin həyat təhlükəsizliyinin əsasları ilə bağlı biliklərini zənginləşdirməkdir. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti respublikanın təhsil müəssisələrində - orta və ali məktəblərdə, kolleclərdə və liseylərdə 2010-cu il fevral ayının 15-dən martın 15-dək ?yanğın təhlükəsizliyi günləri? keçirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA