Azərbaycan prezidenti ilham Əliyev Abdulla Gülə zəng edib

img

05-03-2010 [08:42]


Martın 5-də Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Abdullah Gülə zəng edib. Telefon söhbətində İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr palatasının xarici əlaqələr komitəsində qəbul edilmiş qərarla bağlı etirazını ifadə edib, qərarı pisləyib. İlham Əliyev bunu ədalətsiz, tarixi həqiqətləri təhrif edən, bölgədə gərginliyin artmasına xidmət edə biləcək bir qərar kimi qiymətləndirib. O, deyib ki, Azərbaycan həmişə olduğu kimi Türkiyənin yanındadır və Türkiyəyə tam dəstək verməkdə davam edəcək. Türkiyə prezidenti də həmkarına bu mövqeyinə görə təşəkkür edib. Prezidentin mətbuat xidmətindən yayılan məlumata görə prezidentlər telefon söhbətində ikitərəfli münasibətlər və bölgədəki vəziyyətlə bağlı da fikir mübadiləsi aparıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA