Mehriban Əliyeva 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik etdi

img

05-03-2010 [06:00]


Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva martın 5-də Milli Məclisdə çıxış edərək 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə parlamentin xanım deputatlarını və bütün Azərbaycan qadınlarını təbrik edib. Mehriban Əliyeva ölkəmizin bütün qadınlarına cansağlığı, xoşbəxtlik və işlərində uğurlar arzulayıb. Millət vəkili Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və intellektual-mənəvi həyatının ən müxtəlif sahələrində çalışdığını qeyd edərək onların müdrikliyi, fədakarlığı və qəhrəmanlığının parlaq nümunələri olduğunu söyləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA