Elmira Süleymanova daha 7 il Ombudsman vəzifəsini icra edəcək

img

05-03-2010 [01:21]


Milli Məclis yeni Ombudsmanın seçilməsi məsələsinə baxıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, iclasda komitə sədri Rəbiyyət Aslanova çıxış edərək Konstitusiyanın 109-cu maddəsinin 14-cü bəndini rəhbər tutaraq prezident İlham Əliyev tərəfindən Azərbaycanın Ombudsmanının seçilməsi üçün MM-ə namizədlərin siyahısı təqdim edildiyini bildirib.. Komitə sədri qeyd edib ki, Ombudsman vəzifəsinə namizədlər hazırkı Ombudsman Elmira Süleymanova, Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı təmsilçisi Teymur Məlikaslanovdur. Millət vəkillərinin əksəriyyəti Elmira Süleymanovanın fəaliyyətini yüksək qiymətləndirərək onun yenidən bu vəzifəni icra etməsini məqsədəuyğun hesab ediblər. Müzakirələrdən sonra hazırkı Ombudsman Elmira Süleymanova ikinci müddətə Ombudsman vəzifəsinə təsdiqlənib. O, bu vəzifəni növbəti 7 il ərzində icra edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA