Tərtər rayonunda yerləzən ?N? saylı hərbi hissədə əsgər əsgəri güllələyib

img

04-03-2010 [02:20]


Müdafiə Nazirliyinin Tərtər rayonunda yerləşən ?N? saylı hərbi hissəsində əsgər əsgəri güllələyib. Müstəqil İnformasiya Agentliyinini məlumatına görə, hadisə dünən gecə baş verib. Belə ki, sözügüdən hərbi hissənin əsgəri Vilayət Novruzov odlu silahla ehtiyatsız davranma nəticəsində əsgər yoldaşı Rövşən Əliyevi vurub. R.Əliyev dünyasını dəyişib. Müdafiə Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib. Verilən məlumaya görə, Novruzov Vilayət 2008-ci ilin oktyabrında Qobustan rayon Hərbi Komissarlığından, Rövşən Əliyev isə 2009-cu ilin oktyabrında Biləsuvar rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA