?Azərbaycan dili Məktəbi?ni 30 nəfər əcnəbi baza vurub

img

04-03-2010 [12:40]


Gənclər üçün Təhsil Mərkəzi hər il Azərbaycanda yaşayan, işləyən və təhsil alan əcnəbilər üçün təmənnasız Azərbaycan dili kursları təşkil edir. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, ötən ilin sentyabr ayından başlayaraq Mərkəz bu kursların daha da səmərəli təşkil olunması məqsədilə ?Azərbaycan dili Məktəbi? yaradıb. Məktəbin yaradılmasında əsas məqsəd ölkəmizdə təhsil alan, yaşayan və çalışan əcnəbilərin ana dilimizdə sərbəst danışmasına kömək etmək, dilimizin zənginliyini onlara çatdırmaq və Azərbaycanın milli dəyərlərini aşılamaqdır. Artıq 5 aydan çox davam edən birinci ?Azərbaycan dili Məktəbi?ni bu gün 30 nəfər əcnəbi başa vurub. Mərkəzin direktoru Vüsal Quliyev bildirib ki, hazırda 5 aydan artıqdır davam edən kursları bitirən a azərbaycan dilində sərbəst danışır və bir-birlərini başa düşürlər. O, növbəti Məktəblə yanaşı, Azərbaycanın dilbər guşələrində əcnəbilər üçün ana dilimizin təbliğinə həsr olunmuş yay məktəblərinin də təşkil olunacağını qeyd etdi. Məktəbi bitirən əcnəbilər də zəngin mədəniyyətə və tarixə malik olan xalqın ana dilinin öyrənilməsini özlərinə şərəf bildiklərini və buna görə də azərbaycan dilini öyrənməyə həvəs göstərdiklərini qeyd etdilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA