?Borçalı? Cəmiyyəti professor Valeh Hacıları anım mərasimi keçirib

img

03-03-2010 [07:07]


3 Mart 2010-cu il tarixdə ?Borçalı? Cəmiyyətinin mərkəzi ofisində görkəmli alim Gürcüstan ədəbiyyatşünaslıq Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor Valeh Hacıların vəfatının 40-ıncı günü münasibətilə anım mərasimi keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbirdə Borçalının və Azərbaycanın alim və ziyalıları iştirak ediblər. ?Borçalı? Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Valeh Hacıların həyat yolu haqqında qısa məruzə edib. Iştirakçılar Valeh Hacılar haqqında ürək sözlərini, xatirələrini söylədilər və onun elmi və ədəbi yaradıcılığını müxtəlif aspektdən açıqladılar. Böyük alimin həyatın ən çətin məqamlarında belə yurda sevgi, xalqa məhəbbət, elinə və elmə bağlılıq nümunəsi olduğu xüsusi vurğulanıb. Tədbirdə Valeh Hacıların doğmaları da iştirak ediblər. Onlar ?Borçalı? Cəmiyyətinə və onun sədrinə öz minnətdarlıqlarını bildiriblər. Tədbirin sonunda Zəlimxan Məmmədli yekun nitqi ilə bir daha Valeh Hacıların xidmətləri fonunda Borçalı elini birliyə və yurda dönməyə səslədi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA