Emin Milli və Adnan Hacızadənin məhkəməsi martın 10-na təxirə salınıb

img

03-03-2010 [04:41]


Bloqqerlərin məhkəməsi martın 10-u saat 11-ə təxirə salınıb. Buna səbəb onların vəkillərinin hazırlaşmaq üçün məhkəmədən vaxt istəmələri olub. Martın 3-də gün gənc bloqqerlər Emin Milli və Adnan Hacızadənin apelyasiya şikayətinə baxılacaq. Son məhkəmə iclasında müdafiə tərəfinin vəkilləri məhkəmə tərkibinə etiraz etdikdən sonra məhkəmə təxirə salınıb. Bugünkü iclasda Bakı Apelyasiya Məhkəməsi sədrinin etirazla bağlı mövqeyi məlum olacaq. Xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunan bloqqerlər Emin Milli 2 il yarım, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum edilib. Onlar həbslərinin sifarişli olduğunu düşünür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA