Sabah Bakının 6 rayonunda 13169 zagird test imtahanı verəcək

img

02-03-2010 [09:47]


Sabah Bakının 6 rayonunun (Yasamal, Səbail, Qaradağ, Nəsimi, Binəqədi, Nizami) 144 məktəbində 13169 şagirdin iştirakı ilə növbəti test imtahanı keçiriləcək. Mart ayının 4 - də isə Sabunçu, Suraxanı, Xətai və Əzizbəyov rayonları üzrə test aparılacaq. 601 sinifdə keçiriləcək yoxlama üçün hər sinfə 1 nəzarətçi müəllim cəlb olunacaq. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib ki idarənin əməkdaşları da mərkəzlərdə yoxlamanın gedişinə nəzarət edəcəklər. İmtahan bütün məktəblərdə 11:30-da başlayacaq. İmtahandan sonra cavab kartları xüsusi optik oxuma cihazı ilə yoxlanılmaq üçün BŞTİ-yə təqdim olunacaq. İmtahanın nəticələri 3 gün ərzində ümumtəhsil məktəblərinə çatdırılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA