?Nur? Uzaq və Gənclər ictimai Birliyi 10 ilini arxada qoydu

img

02-03-2010 [05:20]


Bu gün ?Nur? Uşaq və Gənclər İctimai Birliyinin 10 illiyi münasibəti ilə tədbir keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Uşaq və Gənclər İctimai Birliyinin sədri Sevinc Muradova çıxış edərək qeyd edib ki, bu illər ərzində çox uğurlar və nailiyyətlər əldə ediblər. Birlik sədri onu da vurğulayıb ki, ?Nur? Uşaq və Gənclər birliyi 10 illik yubileyi munasibəti ilə mükafatlandırılıb. Belə ki, ?Nur? Uşaq və Gənclər İctimai Birliyi bu il San Marino-Aleksandr Bodini Fondunun Uşaq Mükafatına layiq görülüb. Mükafat fevral ayının 25-də Nyu York şəhərində San Marino Hökuməti üzvlərinin və UNICEF-in İcraçı Direktorunun iştirakı ilə təşkil edilən mərasimdə Azərbaycan Respublikasının BMT-də Daimi Nümayəndəsi cənab Aqşin Mehdiyevə təqdim edilib. [b]Rəhilə MANAFOVA[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA