Avropanın nüfuzlu ali məktəbləri ilə əməkdazlıq imkanları artır

img

02-03-2010 [02:09]


Almaniya, Fransa, İsveç, Finlandiya və Polşada fəaliyyət göstərən bir sıra nüfuzlu ali məktəblər Azərbaycanlı tələbələrin həmin ölkələrdə təhsil alması üçün yeni imkanlar yaratmağa başlamışdır. Belə ki, həmin ali məktəblər Azərbaycanda yerli QHT olan Gənclər üçün Təhsil Mərkəzinə birgə proqramların təşkili üçün müraciət edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, ilkin razılaşmalara əsasən Mərkəz növbəti tədris ili üçün ilk olaraq Almaniyada fəaliyyət göstərən Humanitar Elmlər üzrə Avropa Kolleci (ECLA) ilə birgə mübadilə proqramı təşkil edəcək. Mərkəz cari ilin aprel və may aylarında proqramlar bağlı informasiya sessiyaları təşkil edəcək və proqramda Azərbaycan tələbələrinin işirakına kömək edəcək. Qeyd edək ki, Avropa Kolleci 1999-cu ildə qeyri-kommersiya təşkilatı kimi Alman ziyalıları və sahibkarları tərəfindən humanitar təhsilə yönəlik kollec kimi yaradılmışdır. Kollecdə tələbələr fəlsəfə, ədəbiyyat, siyasi nəzəriyyə, incəsənət tarixi və s. humanitar fənlər üzrə öz ixtisaslarını davam etdirə bilirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA