Türkiyə ilə Ermənistan sərhədindəki körpünün bərpasına bazlanılıb

img

01-03-2010 [06:43]


Türkiyə ilə Ermənistan sərhədində yerləşən Arpaçay çayı üzərində körpünün bərpa edilir. Körpünün bərpası təşəbbüsü Türkiyə İqtisadi Araşdırmalar Fonduna (TEPAV) məxsusdur. "Hurriyet Daily News" nəşrinin yaydığı xəbərə görə, müvafiq layihənin Türkiyə prezidenti Abdullah Gül, Ermənistan prezidenti Serj Sarkisyan, o cümlədən erməni diasporu tərəfindən dəstəkləndiyi bildirilir. "Sökülmüş körpü iki ölkə arasında iqtisadi və siyasi əlaqələrin olmadığını göstərir, lakin onun bərpası yeni münasibətlər mərhələsinin başlanmasını simvolizə edəcək?,- deyə nəşrdə qeyd olunub. TEPAV rəhbərlərindən biri söyləyib ki, körpünün bərpası iki ölkə arasında əlaqələrin normallaşmasına müsbət təsir göstərəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA