Azərbaycanda 4G texnologiyasının tətbiq olunması məqsədi ilə digər ölkələrin təcrübəsi öyrənilir

img

01-03-2010 [03:39]


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Azərbaycanda 4G texnologiyasının tətbiq olunması məqsədi ilə digər ölkələrin təcrübəsi öyrənilir. 4G ? yüksəksürətli məlumat ötürülmə və səsli rabitənin keyfiyyətinin artırılması ilə səciyyələnən dördüncü nəsil mobil rabitədir. Buraya əsasən məlumatı hərəkətdə olan abonent üçün saniyədə 100 Mbit, stasionar abonent üçün isə 1 Qbit sürətindən artıq məlumat ötürmək imkanı verən perspektiv texnologiyalar aiddir. 4G texnologiyası abonentlərə mobil telefon vasitəsilə çoxkanallı teletranslyasiyalara baxmaq və məişət texnikasını idarə etmək, eləcə də ucuz qiymətə beynəlxalq zənglər həyata keçirmək imkanı verir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA