Nazirlər Kabineti ?Azərenerji?, ?Azərsu?, Bakı Metropoliteni, ?Azərikimya?, ARDNŞ və digər qurumlarda yoxlama aparacaq

img

01-03-2010 [01:01]


Nazirlər Kabineti iri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının icrası üzrə 2010-cu ildə aparılacaq monitorinqin qrafikini təsdiqləyib. Nazirlər Kabinetinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, yoxlamalar müvafiq qrafik üzrə aparılacaq. İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının icrası üzrə 2010-cu ildə aparılacaq monitorinqin aşağıdakı qrafikində iri dövlət vergi ödəyicilərinin adı, monitorinqin başlandığı ay, 2010-cu ilin müvafiq dövrləri üzrə monitorinqin əhatə edəcəyi dövr göstəqilib. 1. ?Azərbaycan Hava Yolları? QSC aprel I rüb 2. ?Azərenerji? SC may I rüb 3. ?Azərsu? SC may I rüb 4. ?Bakıelektrikşəbəkə? SC iyul birinci yarımil 5. Dövlət Xəzər Dəniz Gəmiçiliyi sentyabr birinci yarımil 6. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi oktyabr 9 ay 7. Bakı Metropoliteni oktyabr 9 ay 8. Dövlət Neft Şirkəti noyabr 9 ay 9. ?Azərbaycan Dəmir Yolları? QSC noyabr 9 ay 10. ?Azərikimya? DŞ dekabr 9 ay

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA