Xocalı faciəsi Türkiyədə qeyd olunub

img

28-02-2010 [02:57]


Xocalı soyqırımının 18-ci ildönümü qardaş Trükiyədə də qeyd edilib. Bu barədə Müstəqil İnformasiya AgentliyinəTürkiyədə elmi-pedaqoji fəaliyyətlə məşğul olan azərbaycanlı alim Xanım Xəlilova məlumat verib. X.Xəlilova deyib ki, iki gün öncə Kayseridəki Erciyes Universitetində anım tədbiri keçirilib. Tədbirdə 3 minə yaxın tələbə iştirak edib: "Toplantıdan əvvəl əllərində Azərbaycan və Türkiyə bayraqları olan gənclər Ermənistan əleyhinə müxtəlif şüarlar səsləndiriblər. Mərasim Türkiyənin müxtəlif mətbuat orqanlarında işıqlandırıldı". Müsahibimizin sözlərinə görə, Xocalı faciəsi Manisada yaradılmış "Türk Dünyası Gənclik Topluluğu" tərəfindən də qeyd olunub. Birləşmiş Millətlər Təşkilatının (BMT) qarşısında etiraz aksiyası keçirən gənclər bu nüfuzlu qurumdan Xocalı soyqırımını tanımağı tələb ediblər. Sonda X.Xəlilova bildirib ki, ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklərlə bağlı gələn ay da Türkiyədə müxtəlif tədbirlər keçiriləcək. Martın 2-də Spartadakı Süleyman Dəmirəl Universitetində təşkil olunacaq konfransda tələbələrə erməni vandalizmi haqda məlumatlar veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA