Bakı və Sumqayıt zəhərlərinin XI sinif zagirdləri üçün sınaq imtahanları keçirilib

img

27-02-2010 [10:39]


Fevralın 27-də Bakı və Sumqayıt şəhərlərinin XI sinif şagirdləri üçün mərkəzləşdirilmiş sınaq imtahanları keçirilib. Üç saat davam edən imtahanlarda Bakı şəhəri üzrə 73 mərkəzdə 26 min, Sumqayıt şəhəri üzrə 11 mərkəzdə 4 min şagird iştirak edib. Təhsil Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, imtahanda 3-5 faiz şagird iştirak etməyib. Şagirdlər 3 saat ərzində 8 fənn üzrə 120 sualı cavablandırıb. Əsas imtahanlar isə iyun ayında keçiriləcək və nəticələr attestat qiymətlərində əks olunacaq. Qeyd edək ki, fevralın 28-də isə IX sinif şagirdləri üçün sınaq imtahanları keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA