Şahlar Əsgərov: "Ali məktəblərdə yeni maliyyələzmə sisteminin yaradılması təhsilin keyfiyyətini yüksəldəcək"

img

27-02-2010 [12:44]


?Son illər Azərbaycanda təhsilin inkişafı istiqamətində əhəmiyyətli addımlar atılır. Bu sahəyə aid bir sıra dövlət proqramları qəbul olunub ki, təhsilimizin Avropa təhsil sisteminə inteqrasiyasını sürətləndirir. Bu baxımdan ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə Azərbaycan Prezidentinin fərmanı mühüm əhəmiyyət kəsb edir?. Bu sözləri YAP İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin professoru Şahlar Əsgərov deyib. Ş.Əsgərov bildirib ki, qloballaşma şəraitində cəmiyyətin sosial-iqtisadi tərəqqisində, davamlı inkişafa zəmin yaradan bilik iqtisadiyyatının qurulmasında ali təhsilin müstəsna rolu var. Onun sözlərinə görə, bu amillər ölkədə ali təhsil sahəsində islahatların istiqamətlərinin dünyada ali təhsilin inkişaf tendensiyalarına uyğun müəyyənləşdirilməsi zərurətini qarşıya qoyur. ?Ali təhsil müəssisələrinin maliyyələşməsində yeni sistemin yaradılması təhsilin keyfiyyətini xeyli yüksəldəcək? deyə o, qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA