Bu gün Bakının bir neçə rayonunda qaz olmayacaq

img

26-02-2010 [12:46]


Bu gün Bakının Yasamal, Səbail və Nəsimi rayonlarının bəzi ərazilərində istehlakçıların təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Dövlət Neft Şirkətinin ?Azəriqaz? İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Səbail rayonunun Nizami küçəsində mövcud qaz kəmərində aparılan təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədar saat 11:00-dan paytaxtın Yasamal, Səbail və Nəsimi rayonlarının bəzi ərazilərində istehlakçıların təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Qaz kəmərində aparılan təmir-bərpa və yenidənqurma işləri başa çatdıqdan sonra göstərilən ərazilərdə istehlakçıların təbii qaz təminatı bərpa ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA