ilham Əliyev ihsan Doğramacının ailəsinə bazsağlığı məktubu göndərib

img

25-02-2010 [04:53]


Azərbaycan prezidenti İlham Əliyev İhsan Doğramacının ailəsinə başsağlığı məktubu göndərib Dövlət başçısı İhsan Doğramacının oğlu Əli Doğramacıya ünvanladığı başsağlığında türk dünyasının böyük oğlu, görkəmli ictimai xadim, dünya şöhrətli alim və maarifçi, müdrik və xeyirxah insan İhsan Doğramacının vəfatı ilə bağlı kədərli xəbəri dərin hüznlə qarşıladığını bildirib: ?Mənim və Mehriban xanımın başsağlığını ananız Ayser xanıma yetirməyinizi xahiş edirəm. İhsan Doğramacının Azərbaycanın ən ali mükafatları - ?İstiqlal? və ?Heydər Əliyev? ordenləri ilə təltif olunması Azərbaycan tərəfindən onun həyatı boyu göstərdiyi misilsiz xidmətlərinə hörmət və ehtiramın parlaq ifadəsi idi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə onun uzun illər boyu davam edən dostluğu bizim hamımızın yaddaşına əbədi həkk olunub. 2003-cü ildə Heydər Əliyevlə vidalaşma mərasimində İhsan bəyin söylədiyi ürək sözlərini mən heç vaxt unutmayacağam. Azərbaycan xalqının səmimi dostu olan İhsan bəyin ölümü ölkəmizin hər bir vətəndaşı tərəfindən ağır itki kimi qəbul edilir. Onun işıqlı xatirəsi qədirbilən xalqımızın qəlbində həmişə yaşayacaq. Allah ona rəhmət eləsin?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA