Ağsuda 5 kənddə torpaq sürüzməsi baz verib

img

25-02-2010 [03:49]


Azərbaycanın Ağsu rayonunun 5 kəndində torpaq sürüşməsi nəticəsində 77 ev qəzalı vəziyyətə düşüb. Bu barədə Ağsu rayon Fövqəladə Hallar Komissiyasından ANS TV-nin bölgə müxbirinə verilən məlumata görə, Ağsu çayının sahilində yerləşən Sanqalan, Kalva, Suraxanı, Qırrar və Quzay kəndlərində baş verən torpaq sürüşməsi gündən-günə genişlənir. Sürüşmədən ən çox ziyan çəkən isə Sanqalan və Kalva kəndlərindəki yaşayış evləri və sosial obyektlərdir. Ötən gün əraziyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri baxış keçirib və kəndlərin həqiqətən də təhlükəli zonada yerləşməsi qeyd olunub və əhalinin müvəqqəti olaraq köçürülməsi tövsiyə edilib. Lakin hələ ki, əhalinin köçürülməsi başlamayıb. Ağsu Fövqəladə Hallar Komissiyasının sədri İqbal Mikayılovun sözlərinə görə, hazırda rayon İcra Hakimiyyəti sakinlərin müvəqqəti olaraq köçürülməsi üçün qonşu kəndlərdə və rayon mərkəzində sosial obyektlər müəyyən edir və bu istiqamətdə Fövqəladə Hallar Nazirliyinin yekun qərarını gözləyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA