Ombudsman vəzifəsinə namizədlər məsələsi Milli Məclisin plenar iclasında müzakirə olunacaq

img

25-02-2010 [02:57]


Milli Məclisin insan hüquqları komitəsi ombudsman vəzifəsinə namizədlərin siyahısını təsdiqləyib. Məsələ komitənin fevralın 25-də keçirilən iclasında müzakirə olunub. Komitənin sədri Rəbiyyət Aslanova deyib ki, prezident İlham Əliyev konstitusiyanın 109-cu maddəsinin 14-cü bəndinə uyğun olaraq ombudsmanın seçilməsi üçün üç namizədin siyahısını Milli Məclisə göndərib. Komitə sədri bildirib ki, namizədlər hazırkı ombudsman Elmira Süleymanova, Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı təmsilçisi Teymur Məlikaslanovdur. İclasda iştirak edən namizədlər çıxış ediblər. Onlar ombudsman seçiləcəkləri halda Azərbaycanda insan hüquqlarının qorunmasına xüsusi diqqət yetirəcəklərini söyləyiblər. Sonda komitə prezidentin göndərdiyi namizədlər siyahısının Milli Məclisin plenar iclasında müzakirə olunmasını tövsiyə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA