Əbülfəs Qarayevdən televiziya operatorlarına məhdudiyyət

img

24-02-2010 [05:09]


Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tamaşalarda və konsertlərdə çəkiliş aparan televiziya operatorlarına xəbərdarlıq edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, nazir bu barədə bu gün keçirdiyi mətbuat konfransında bildirib. Əbülfəs Qarayev bundan sonra televiziya operatorlarının ancaq 5 dəqiqə ərzində istədikləri kimi çəkiliş apara biləcəklərini bəyan edib. Onun sözlərinə görə, bu qərar tamaşaçılara xidmət edəcək. Nazir konsert və ya tamaşanın maraqlı yerində operatorların kameraları tamaşaçıların üzünə tuşlamaqla onlara mane olduqlarını söyləyib. Məhz bu səbəbdən bu gündən etibarən televiziya operatorları teatr və konsert salonlarında 5 dəqiqə sərbəst çəkiliş apardıqdan sonra tamaşaçıya mane olmamaq şərtilə müəyyən mövqedə dayanaraq, yalnız bir rakursdan çəkilişi davam etdirə biləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA