Ali məktəblərə sənəd qəbulu aprel ayında bazlayacaq

img

24-02-2010 [02:38]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2010-2011-ci tədris ili üçün ali və orta ixtisas məktəblərinə sənəd qəbulunun vaxtını açıqlayıb. Qurumun sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, ali məktəblərə sənəd qəbulu aprel ayında başlayacaq. Qəbul imtahanları isə iyunun axırı, iyulun əvvəlində keçiriləcək. Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) ?Abituriyent? jurnalının birinci sayının da təqdimatı keçirilib. Jurnalda 2010-2011-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları, qəbul imtahanı proqramları, hərbi liseylərə qəbul imtahanı proqramları, test tapşırığı nümunələri, açıq testlərə dair nümunələr, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları, qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirələri, test tapşırıqlarının düzgün cavabları və balların hesablanma qaydaları ilə bağlı məlumatlar yer alıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA