?çovdar çörəyi? və ?pəhriz çörəyi? zərərlidir

img

24-02-2010 [01:09]


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 257 ünvanında fiziki şəxs İmtiyaz Babayevə məxsus çörəkbişirmə sexində apardığı yoxlama zamanı sexin anbarında yalnız 1-ci növ buğda unu olduğu halda, bu undan bişirilmiş çörəyin ?çovdar çörəyi? və ?kəpəkli çörək? kimi markalanmaqla ticarət şəbəkəsinə buraxıldığı müəyyən edilib. Nazirliyin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, bundan başqa, sexə baxış keçirilərkən üzərində ?pəhriz çörəyi? yazılmış etiketlər də aşkar edilib. Araşdırmalar zamanı sahibkarın ?çovdar çörəyi? və ?pəhriz çörəyi? istehsalı üçün uyğunluq və gigiyenik sertifikatlarının olmadığı, habelə malların üzərinə vurulan etiketlərdə istehsalçının adının göstərilmədiyi də müəyyən edilib. Bununla əlaqədar, ?çovdar çörəyi? və ?pəhriz çörəyi? istehsalının dayandırılması və məhsul istehsalı zamanı qüvvədə olan qanunvericiliyin tələblərinə əməl edilməsi barədə sahibkar İmtiyaz Babayevə icrası məcburi göstəriş verilib. Eyni zamanda, haqsız rəqabət və istehlakçıların çaşdırılması hallarına yol verdiyi üçün İmtiyaz Babayev barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara üzərində istehsalçısı barədə məlumatlar olmayan ?çovdar çörəyi? və ?pəhriz çörəyi?ni almamağı tövsiyə edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA