TQDK sədri Məleykə Abbaszadə tələbə qəbulu qaydalarındakı dəyiziklikləri açıqladı

img

24-02-2010 [12:17]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2010-2011-ci tədris ili üçün ali məktəblərin Azərbaycan bölməsi üzrə II və III ixtisas qruplarının xarici dil imtahan fənlərindən imtahan verilməsilə bağlı dəyişikliklər qəbul edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında dəyişikliklərlə bağlı məlumat verib. M.Abbaszadə bildirib ki, komissiya prezident İlham Əliyevin ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə 10 fevral tarixli fərmanını əsas tutaraq 21010-2011-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinin tələbə qəbulu qaydalarında müəyyən dəyişikliklər edib. Dəyişikliklərə əsasən, Azərbaycan bölməsi üzrə II və III ixtisas qruplarının Xarici dildən imtahan fənləri arasına ?Rus dili? fənni də əlavə edilib. II ixtisas qrupunun Azərbaycan bölməsində abituriyentlər ingilis, alman, rus, fransız, rus bölməsində isə ingilis, alman və fransız dillərindən birini seçə bilərlər. II ixtisas qrupunda ərəb və fars dilləri Xarici dil fənləri sırasından çıxarılıb. III qrupun Azərbaycan bölməsində Xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və fars, rus bölməsində isə ingilis, alman və fransız dillərindən birini seçə bilərlər. Əvvəlki illərdən fərqli olaraq, Azərbaycan bölməsinin III qrupunun DT (dil-tarix) altqrupunda da Xarici dil fənninə də nisbi bal məhdudiyyəti tətbiq olunacaq. Bundan əlavə, orta ixtisas məktəblərinə ümumi orta təhsil bazasından qəbul olunmaq istəyən abituriyentlər ana dili, Azərbaycan tarixi və riyaziyyatdan imtahan verəcəklər. Hərbi liseylərə qəbul olunmaq istəyənlər Azərbaycan dili, riyaziyyat, fizika və kimya fənlərindən imtahan verəcəklər. TQDK sədri onu da vurğulayıb ki, 2011-ci ildə qəbul imtahanlarında qapalı tipli test tapşırıqları formasından - açıq tipli test tapşırıqlarından da istifadə etmək planlaşdırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA