Deputat Naxçıvan MR-nın qubernatoru vəzifəsinin təsis edilməsini təklif edir

img

23-02-2010 [05:53]


Bu gün Milli Məclis "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında? Konstitusiya qanunu layihəsini müzakirə edib. Müstəqil İnformasiya Agentliyinin xəbərin görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirib ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinə təklif olunan varianta görə Muxtar Respublikanın yerli icra hakimiyyətləri başçılarının vəzifəyə təyin və vəzifədən azad edilməsinə dair Azərbaycan Prezidentinə təqdimat verilməlidir. Ə.Hüseynovun sözlərinə görə, ali xüsusi rütbələrin verilməsinə dair də təkliflər Azərbaycan Prezidentinə təqdim olunmalıdır. "Əlavəyə görə Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi fəxri adları təsis edib, Azərbaycanın dövlət təltifləri ilə təltif edilməsinə dair Prezidentə təklif verəcək", - deyə komitə söyləyib. Digər bir dəyişikliyə görə, Naxçıvan MR Ali Məclisinin 31 deputatının tələbi ilə və ya MR vəzifəli şəxsinin təklifi ilə Ali Məclisin qapalı iclası keçirilə bilər. Müzakirələrdən sonra Milli Məclis Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər qəbul olunub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, millət vəkili Qüdrət Həsənquliyev Naxçıvan Muxtar Respublikası Konstitusiyasına başqa əlavələrin də edilməsini təklif edib. Deputatın təklifinə görə, Naxçıvan Muxtar Respublikasında qubernator və ya prezident postu yaradılmalır: ?Hazırda Naxçıvan Muxtar Respublikasında icraedici və qanunverici orqanı bir şəxs təmsil edir. Bu isə Azərbaycan Konstitusiyasına uyğun deyil. Azərbaycan Respublikasının Konstitusiyasına görə, icraedici və qanunverici orqanlar ayrıdırlar. Mən də təklif edirəm ki, Naxçıvan Muxtar Respublikasında icraedici orqan Ali Məclisdən ayrılsın. Həmin şəxs qubernator da, prezident də və ya başqa adla ada adlandırmaq olar. Bu dəyişikliyə əsasən Naxçıvanda icraedici orqana rəhbərlik edən şəxs də Azərbaycan Prezidentinin təqdimatı əsasında seçilsin. Necə ki, Rusiyada qubernatorlar bu qaydaya uyğun seçilir. İndi isə Naxçıvan Ali Məclisi öz sədrini seçir və həmin şəxs də icraedici orqana da rəhbərlik edir. Hazırda Naxçıvanda bir partyanın hakimiyyəti olduğu üçün hər hansı bir problem yoxdur. Sabah başqa partiya məclisdə çoxluğu əldə edə bilərsə, problemlər yarana bilər. Azərbaycan bu qaydaları Naxçıvanla yanaşı, Dağlıq Qarabağla bağlı danışlarda təklif edə bilər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA