Yeni Ombudsmanının təsdiq olunması ilə bağlı layihə parlamentə göndərilib

img

23-02-2010 [04:43]


Azərbaycan Respublikasının yeni İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təsdiq olunması ilə bağlı layihə artıq parlamentə təqdim olunub. Milli Məclisin üzvlərindən birinin Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, Qanun layihəsində müvəkkil vəzifəsinə 3 nəfərin namizədliyinin göstərilib. Namizədlər indiki Ombudsman Elmira Süleymanova, Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı təmsilçisi Teymur Məlikaslanov olduğu bildirilir. Qanun layihəsinin Milli Məclisin gələn iclasında müzakorə olunacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA