ilham Əliyev Qarabağ müharibəsi əlilləri və zəhid ailələrinə ev verdi

img

23-02-2010 [03:13]


Bu gün Bakının Lökbatan qəsəbəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş binanın açılışı, həmçinin müharibə əlillərinə verilən minik avtomobillərinin təqdimatı olub. Təqdimatda prezident İlham Əliyev də iştirak edib. Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov dövlət başçısına bildirib ki, binada 81 mənzil var. Onlardan 72-si 2 otaqlı, 9-u 3 otaqlıdır. Binada əlillərin hərəkəti və rahat yaşaması üçün hər cür şərait yaradılıb. Bundan sonra prezident Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mənzillərin orderlərini təqdim edib. Daha sonra dövlət başçısı İkinci Dünya və Qarabağ müharibələrinin əlillərinə minik avtomobillərinin açarlarını verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA