Respublika Prokurorluğu və Daxili izlər Nazirliyi Sumqayıtdakı qətllə bağlı rəsmi məlumat yayıb

img

22-02-2010 [06:12]


Bu gün Respublika Prokurorluq və Daxili İşlər Nazirliyi fevralın 20-də Sumqayıtda baş vermiş güllələnmə hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. Respublika Prokurluğundan Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, fevralın 20-də saat 7:30 radələrində Sumqayıt şəhərində valyutadəyişmə məntəqəsində işləyən Vüqar Balayevin naməlum şəxs tərəfindən ?Makarov? tipli tapança ilə qəsdən öldürülməsi, onun atası İsmayıl Balayevə isə bıçaqla xəsarət yetirilməsi faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 120.2.5 (tamah məqsədi ilə adam öldürmə), 29,120.2.5, 29, 120.2.7 (tamah məqsədilə iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Cinayət işi Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupunun icraatına götürülüb. Hazırda cinayəti törətmiş şəxsin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Qeyd edək ki, fevralın 20-si saat 07:30 radələrində Sumqayıtda yerləşən valyutadəyişmə məntəqəsinin əməkdaşı Vüqar Balayev və atası 53 yaşlı İsmayıl Balayev işə gedərkən yaşadıqları 1-ci mikrorayon, Nərimanov prospekti ərazisində naməlum şəxslərin silahlı basqınına məruz qalıb. Hələlik istintaqa məlum olmayan şəxslər ata-oğula odlu silahdan atəş açaraq hadisə yerindən qaçıblar. Nəticədə Vüqar Balayev hadisə yerində ölüb, onun atası İsmayıl isə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xatırladaq ki, V.Balayev millət vəkili İqbal Ağazadənin yaxın qohumudur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA