ilham Əliyev Mərakez və Portuqaliya xalqına bazsağlığı verib

img

22-02-2010 [06:08]


Prezident İlham Əliyev Mərakeş xalqına başsağlığı verib. ?Meknes şəhərində məscidin minarəsinin uçması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca sarsıtdı. Bu ağır anlarda dərdinizi bölüşür, sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Mərakeş xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!?, - prezidentin Mərakeş kralı VI Məhəmmədə ünvanladığı məktubda qeyd edilir. İlham Əliyev həmçinin portuqaliyalı həmkarı Anibal Kavaku Silvaya başsağlı verib: ?Madeyra adasında baş vermiş güclü daşqın nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Portuqaliya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA