Milli Məclisin sabahkı iclasında prezidentin imzaladığı bəyannamə və sazizlər təsdiqlənəcək

img

22-02-2010 [04:14]


Sabah Milli Məclisin növbəti iclası keçiriləcək. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, iclasda ?Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında? Konstitusiya qanununun layihəsi müzakirə olunacaq, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinləniləcək. Bundan əlavə, iclasda 2009-cu il martın 18-də keçirilmiş referendum nəticəsində qəbul edilmiş ?Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında? Azərbaycan Respublikasının Referendum Aktının tətbiqi ilə əlaqədar ?Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında? Konstitusiya Qanununa dəyişiklik edilməsi barədə?, ?Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiklik və əlavə edilməsi barədə?, ?İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliklə (HİV infeksiyası ilə) mübarizə haqqında? qanununun layihələri müzakirə olunacaq. İclasda, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun Birgə Bəyannaməsi, Azərbaycan və Sloveniya prezidentlərinin Birgə Bəyanatı, Azərbaycan və Sloveniya hökumətləri arasında diplomatik pasportlara malik vətəndaşlara viza tələbinin ləğv olunması barədə Saziş təsdiq ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA