Fövqəladə Hallar Nazirliyi Binəqədidə baz vermiz partlayızla bağlı məlumat yayıb

img

22-02-2010 [01:25]


Fövqəladə Hallar Nazirliyi Bakının Binəqədi rayonunda baş vermiş partlayışla bağlı məlumat yayıb. Müstəqil İnformasiya Agentliyi nazirliyin rəsmi saytına istinadən verdiyi xəbərə görə, fevral ayının 22-si saat 05:39-da Fövqəladə Hallar Nazirliyinin "112 zəng mərkəzi"nə Bakı şəhəri, Binəqədi qəsəbəsi, 3-cü mədən küçəsi, 119-cu korpus ünvanında ümumi sahəsi 255 kvadrat metr olan ikimərtəbəli binada yanğınla nəticələnən partlayış baş verməsi barədə məlumat daxil olub. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib, aidiyyatı qurumlar məlumatlandırılıb. Hadisə yerindən verilən ilkin məlumata əsasən, hadisə nəticəsində binanın 75 faizi dağıntıya məruz qalıb, taxta materiallar 3kv.m sahədə yanıb. Yanğın saat 06:00-da söndürülüb. Bir nəfərin dağıntılar altında qaldığı ehtimal edilir. Hadisə yerində xilasetmə tədbirləri davam etdirilir. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA