Sumqayıtda adambazına düzən yazıllıq sahəsi 26 kv. metr təzkil edir

img

22-02-2010 [01:11]


Sumqayıtda yeni yaşıllıq sahələrinin salınması daim prioritet istiqamətlərdən olub. İcra hakimiyyətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, hazırda Sumqayıtda adambaşına düşən yaşıllıq sahəsi 26 kv. metr təşkil edir, bu da respublika şəhərlərinin orta göstəricisindən yüksəkdir. Yaşıllıq sahələrinin artırılması 2009-cu ildə də diqqət mərkəzində saxlanılmış, il ərzində 60 min ədəd ağac və gül şitilləri yetişdirilmiş, 30 min ağac əkilib. 2003-cü ildən ötən qısa müddət ərzində şəhərin ayrı-ayrı yerlərində 110 min ədəd müxtəlif çeşidli ağac, 35 min dekorativ kol, 5 milyonadək mövsümi və çoxillik güllər əkilmiş, 35.000 kvadrat metrlik sahədə çəmənlik salınıb. Ümumilikdə 2003-cü ildən etibarən Sumqayıtda 16 hektardan çox ərazini əhatə edən 13 yeni park, 10 xiyaban salınmış və yenidən qurulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA