Bu gündən havalar yenidən kəskin soyumağa bazlayır

img

22-02-2010 [12:12]


Ölkə ərazisində havalar yenidən soyuyacaq. Bu gün Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Axşam havanın tutqun olacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək. Havanın temperaturu günün birinci yarısında 15-18 dərəcə, yarımadanın bəzi yerlərində 20 dərəcə isti, axşama doğru 7-9 dərəcə isti olacaq. Fevralın 23-də havanın buludlu, arabir yağıntılı olacağı gözlənilir. Arabir güclənən şimal küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 6-8 dərəcə isti olacaq. Fevralın 24-də havanın bəzi yerlərdə yağıntılı olacağı, gündüz havanın arabir açılacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 6-9 dərəcə isti olacaq. Fevralın 25-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif çiskin olacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 2-5 dərəcə, gündüz 7-10 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında fevralın 23-də hava şəraitinin qeyri-sabit keçəcəyi, yağış, bəzi yerlərdə sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 8-10 dərəcə, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacaq. Fevralın 24-25-də havanın bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Fevralın 25-də gündüz əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-4 dərəcə, gündüz 7-11 dərəcə, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA