Türkiyə Elm Xadimləri ittifaqı simpozium keçirəcək

img

21-02-2010 [07:51]


Fevralın 23-24-də Türkiyə Elm Xadimləri İttifaqının təşkilatçılığı ilə Ankarada ?Universititet və elm? adlı simpozium keçiriləcək. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Türkiyə Elm Xadimləri İttifaqından məlumat daxil olub. İki gün davam edəcək konfransda Türkiyə Elm Xadimləri İttifaqının sədri Şükrü Koç, Çankaya Universitetinin rektoru Ziya Güvənç, Qazi Universitetinin hüquq fakültəsinin vekanı İhsan Erdoğan, Başkənd Universitetinin iqtisadiyyft və idarəetmə fakültəsinin dekanı Abdulkadir Varoğlu, Ankara Universitetinin aqrar fakültəsinin müəllimi Xanım Xəlilova, Aksaray Universitetinin iqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Sencer İmer və Türkiyənin daha bir neçə nüfuzlu elm adamı çıxış edəcək. Simpoziumda ölkəmizi Azərbaycan Universitetinin nümayəndəsi Səlahəddin Xəlilov təmsil edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA