Seymur Baycan: "Rafiq Tağı və Həmid Herisçi prinsipsizlik ediblər"

img

21-02-2010 [07:26]


Milli Kitab Mükafatının ətrafında yaranan qalmaqal səngimək bilmir. İlin ən yaxşı əsərini seçmək üçün müsabiqə elan olunanda bəzi ədəbiyyat adamları təşkilatçıların obyektivliyini şübhə altına alan bəyanatlar səsləndirdilər. Bəzi jüri üzvlərinin ədəbi ictiaiyyətə tanış olmaması tərəflər arasındakı narazılığı daha da dərinləşdirdi. Müsabiqənin birinci mərhələsinin nəticələri açıqlananda narazıların sırası bir qədər də genişləndi. Adının ən yaxşı 20 müəllifin siyahısına düşməməsinə etiraz edən bir çox iştirakçı, jürini qeyri-obyektivlikdə günahlandırdı. Ən yaxşı 20 əsərin adının açıqlanması digər maraqlı nüansları da üzə çıxardı. Məlum oldu ki, növbəti mərhələyə vəsiqə qazanan qələm sahiblərinin arasında Azad Yazarlar Ocağının (AYO) üzvləri Rafiq Tağı və Həmid Herisçi də var. AYO üzvlərinin boykot etdikləri müsabiqəyə bu qurumun əsas ideoloqlarından olan Həmid Herisçinin və sabiq sədri Rafiq Tağının qatılması ədəbi çevrələrdə də birmənalı qarşılanmayıb. AYO başqanı Seymur Baycan dai yazıçı həmkarlarının bu addımından ciddi narazı qalıb. Seymur Baycan Müstəqil İnformasiya Agentliyinə açıqlamasında ?AYO üzvləri Rafiq Tağı və Həmid Herisçi Milli Kitab Mükafatı müsabiqəsinə qoşulmaqla prinsipsizlik ediblər? dedi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA