Bakı meri Hacıbala Abutalıbov evləri söküləcək sakinlərə 1500 dollar əvəzinə 1500 manat təklif edib

img

20-02-2010 [08:55]


Bakıda ?Qış pakı? salınan ərazidə evləri söküləcək sakinlərlə görüşdə Bakı meri Hacıbala Abutalıbov ?Hər kvadrat metrə görə 1500 manatdan bir qəpik artıq heç kimə, heç nə verilməyəcək. Gedin, məhkəməyə verin. Məhkəmədə də məğlub olacaqsınız? deyib. Bu barədə sakinlərin təmsilçisi Hikmət İsmayılovun məlumat verib. Qeyd edək ki, Bakının mərkəzində-Heydər Əliyev adına Sarayın arxasında Bakı şəhər İcra Hakimiyyəti ?Qış parkı? salır. Həmin ərazidə yaşayan əhalinin bir hissəsi köçürülüb. Köçürülməkdə olan digər sakinlər isə onlara təklif olunan 1500 dollarla razılaşmırlar. Narazılara isə 1500 manatdan təklif edilir. Sakinlər isə deyirlər ki, hökumət ərazidən köçürüləcək sakinlərə daha artıq pul ayırıb, ancaq məmurlar bu pulu ödəmək istəmirlər. Sakinlər evlərinin hər kvadrat metrinə 5 min manat tələb edirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA