DQIDK-dən məscidə xəbərdarlıq edilib

img

19-02-2010 [06:29]


Bu gün səhər ?Məşhədi Dadaş? məscidinin imam-camaatı Hacı Şahin Həsənliyə özünü Dini Qururmlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi kimi təqdim edən bir şəxs zəng edərək gələn həftədən məscidin həyət hissəsində namazın qılınmaması ilə bağlı qərar qəbul edildiyini bildirib. Müstəqil İnformasiya Agentliyi birlik.az-a istinadən xəbər verir ke, cümə xütbəsi ilə çıxış edən Hacı Şahin Həsənli dindarları bu barədə məlumatlandırdı. O bildirdi ki, bu müraciət qeyri-rəsmi şəkildə olunub və belə bir qərarın verilməsi barədə heç bir sənəd verilməyib. Bunu azan qadağası və s. qərarlara bənzədən Hacı Şahin Həsənli müraciətin məntiqsiz və qanuna zidd olduğunu bildirib: ?Azərbaycan Respublikasının Konstitusiyasında dini etiqad və vicdan azadlığı təsbit olunub və dövlət bu azadlığı təmin etməlidir.? Cümə namazının dinin vacib göstərişlərindən olduğunu deyən Hacı Şahin Həsənli bu cür qərarı məmur özbaşınalığı ilə əlaqələndirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA