Milli Məclis ?Bələdiyyələrin statusu? ilə bağli yeni qanun hazırlayacaq

img

19-02-2010 [04:14]


Milli Məclisin Regional məsələlər komitəsinin fevralın 19-da keçirilən iclasında ?Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişiklər edilməsi haqqında? Referendum aktının tətbiqi ilə əlaqədar ?Bələdiyyələrin statusu haqqında? qanuna əlavələr və dəyişikliklər edilməsi barədə? qanun layihəsi müzakirə olunub. Komitə sədri Arif Rəhimzadə bildirib ki, bu sənədə təklif olunan dəyişiklikdə deyilir ki, bələdiyyələr Konstitusiyanın 144-cü maddəsinin II hissəsinə əsasən qanunvericlik hakimiyyəti tərəfindən bələdiyyəyə verilmiş əlavə səlahiyyətlərin həyata keçirilməsi və bu qanunla müəyyənləşmiş hallarda yerli büdcələrə Dövlət büdcəsindən ayrılmış maliyyə vəsaitlərinin istifadəsi barədə Milli Məclisə hesabat verir. İlin yekunlarına dair hesabat aprel ayının 1-dək təqdim olunmalıdır. O da bildirilib ki, gələcəkdə Milli Məclis ?Bələdiyyələrin statusu? ilə bağlı yeni qanun hazırlayacaq. İclasda ?Bədən tərbiyəsi və idman haqqında? qanunun tətbiqi ilə əlaqədar bir neçə qanuna təkif olunan əlavələr də müzakirə olunub və hər iki sənəd baxılmaq üçün Milli Məclisin müzakirəsinə tövsiyə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA