Qüdrət Həsənquliyevdən sensasion təklif: Zorlama cinayətini törədənlər axtalansın, odlu silahla qətl törədənlər 30 il cəza alsın

img

19-02-2010 [03:16]


Son dövrlərdə Azərbaycan ordusunda cinayət hallarının, o cümlədən odlu silahdan istifadə etməklə törədilən qətllərin, zorlama faktlarının artması ilə əlaqədar Milli Məclis qarşısında məsələ qaldırılacaq. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, bu istiqamətdə təkliflər hazırlayan partiya sədri, millət vəkili Qüdrət Həsənquliyev konkret addımlar təklif edəcək. BAXCP sədri odlu silahla törədilən qətllərin və zorlama hallarının qarşısının alınması üçün təklif edir ki, odlu silahla qətlə yetirmə cinayətlərinə görə cəzanın müddəti ən azı 30 ilədək artırılmalıdır: ?Zorlama xarakterli cinayət əməlinə görə isə cəzanın yuxarı həddi 20 il müəyyənləşdirilməlidir. Eyni zamanda zorlama hərəkətlərinə görə, bir sıra Qərbi Avropa ölkələrinin təcrübəsindən istifadə olunaraq, əlavə cəza da tətbiq olunmalıdır. Yəni, zorlama cinayəti törədən şəxslər cərrahi yolla axtalanmalıdırlar".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA