Hacıbala Abutalıbov: ?Ekologiya ili? çərçivəsində Bakıda 431 min ağac və gül kolunun əkilməsi və çoxlu çəmənliklərin salınması nəzərdə

img

19-02-2010 [03:01]


?Uzun illər ərzində Bakı şəhərinin ekoloji vəziyyətinə mənfi təsir göstərən məişət tullantılarının utilizasiyası ilə əlaqədar olaraq son vaxtlar böyük işlər görülməkdədir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli ?Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında? Sərəncamı ilə ?Təmiz şəhər? SC-nin yaradılması və Sabunçu rayonunun Balaxanı poliqonu ərazisində tikilməkdə olan məişət tullantıları emalı zavodunun istifadəyə verilməsi məişət tullantılarının şəhərin ekoloji vəziyyətinə mənfi təsirinin aradan qaldırılmasında böyük rol oynayacaqdır?. Bu sözləri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalibov Prezidenti İlham Əliyevin yanında ekoloji problemlərə həsr olunmuş müşavirədə səsləndirib. Hacıbala Abutalibov öz çıxışında qeyd edib ki, Azərbaycan Prezidentinin 2006-cı il 28 sentyabr tarixli Sərəncamı ilə ?Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks tədbirlər planı?na və həmçinin Prezidentin sədrliyi ilə 2009-cu il aprelin 20-də keçirilən müşavirədə xüsusilə Bakı şəhəri ərazisində yaşıllıqların və uzunömürlü ağacların əkilməsi, təbiətin faunasının qorunması ilə əlaqədar verilən tapşırığa uyğun olaraq paytaxtda ekoloji vəziyyətin sağlamlaşdırılması üçün yaşıllaşdırmanın inkişafı ilə bağlı müəyyən işlər görülmüşdür. Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq qurumları tərəfindən şəhər ərazisində 200 mindən çox ağac, 500 mindən çox gül və bəzək kolu əkilmiş, çoxlu çəmənliklər salınmış, bağ və park sahələri bərpa edilmişdir. Eyni zamanda, Bakı şəhərinin rayon icra hakimiyyətlərinin təqdim etdiyi arayışa əsasən bu illər ərzində Bakı şəhəri rayonlarının ərazisində 1 milyon 90 min 300 ağac, gül və bəzək kolları əkilmiş, 2010-cu il ? ?Ekologiya ili? çərçivəsində isə təxminən 431 min ağac və gül kolunun əkilməsi və çoxlu çəmənliklərin salınması nəzərdə tutulmuşdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA