Səhiyyə naziri Oqtay Şirəliyev xəbərdarlıq edib

img

19-02-2010 [12:54]


Bu gün səhiyyə naziri Oqtay Şirəliyev Yeni Azərbaycan Partiyasının qərargahında mətbuat konfransı keçirib. Nazir bir çox məsələlərə toxub. Müstəqil İnormasiya Agentliyinin xəbərinə görə, səhiyyə naziri ölkədə normativlərə cavab verməyən bir sıra dönərxanaların bağlanacağı ilə bağlı xəbərdarlıq da edib. O.Şirəliyev bildirib ki, son zamanlar nazirliyin sanitar qurumlarının əməkdaşları dönərxanalara baxışlar keçirirlər. Onun sözlərinə görə, araşdırmaların nəticəsi heç də müsbət olmayıb: ?Araşdırmalar nəticəsində dönərxanaların əksəriyyətində normativlərə əməl olunmaması üzə çıxıb. Dönərxanaların çoxunda əti qazla bişirirlər. Bu isə insan sağlamlığı üçün daha təhlükəlidir. Qazın tərkibində müəyyən zərərli elementlər var. Həm də qazla bişirəndə ət normal bişmir. Nazirlik tərəfindən bu istiqamətdə ciddi işlər aparılır. Yəqin ki, keyfiyyətə və normativlərə cavab verməyən dönərxanalar başlanacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA